»Heyvanlar Aləmi « Bölməsi üzrə arxiv

QUŞ TÜKLƏRİNİN MÖHTƏŞƏM DİZAYNI

images (2)Quşların tüklərinin möhtəşəm dizaynını heç görmüsünüzmü? Minlərlə müxtəlif növü olan quşların hər birinin tükləri havaya asan qalxmaları, havada yüksəlib-enmələri, sürətlə və ya yavaş uçmaları üçün dizayn edilib. Tüklərin mənşəyi ilə bağlı iddiaları dəyərləndirərkən quş tüklərinin kompleks quruluşunu nəzərə almaq lazımdır. Nik Bişop (Nic Bishop) “Heyvanlarda uçuşun sirləri” (The Secrets of Animal Flight) adlı kitabında tüklər haqqında belə yazır:

“Tüklər sadə görünürlər, əslində isə çox mürəkkəbdirlər. Hər birinin bir milyondan çox kiçik hissəsi var”. (Bishop, The Secrets of Animal Flight, Houghton Mifflin, Boston, 1997, səh. 9).

Tüklərin mürəkkəb anatomiyası tükün funksiyasına görə fərqlənir. Məsələn, mürəkkəb formalı uçuş tükləri uzun, incə, möhkəm saplaqdan hər iki tərəfə doğru çıxan, toxuma şəklində qanadcıqlardan ibarətdir. Qarmaq adlanan çıxıntıların birləşdiyi bu saplağın içi boşdur, möhkəm və eyni zamanda, elastikdir (W.J. Bock, “Explanatory History of the Origin of Feathers”, American Zoology, vol. 40, 2000, səh. 478-485). davamı »

Hörümçək ipi insan həyatını dəyişdirəcək

spiderwebAlimlərin fikrincə, hörümçək toru yer üzündəki ən möhkəm iplərdən biridir. Hörümçək torunun üstün xüsusiyyətləri yalnız bununla məhdudlaşmır. Əgər bunların hamısını sadalasaq, uzun siyahı olar. Bu siyahıdakı bir neçə maddə belə alimlərin bu mövzuda nə qədər haqlı olduğunu sübut edir. Hörümçək ipinin heyrətamiz xüsusiyyətlərindən bir neçəsini belə sadalaya bilərik:

  • Hörümçəklərin ifraz etdiyi, diametri 0.001 mm-dən daha kiçik olan iplik eyni qalınlıqdakı polad simdən beş dəfə möhkəmdir.
  • Öz uzunluğunun dörd misli qədər uzana bilir.
  • Hörümçək ipi çox yüngüldür. Bu yüngüllüyü belə bir misalla da təsvir edə bilərik. Yerin diametri uzunluğundakı hörümçək ipinin çəkisi cəmi 320 qramdır. davamı »
Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: , , ,  Şərh yaz

DOĞUM ZAMANI BİR-BİRİNƏ KÖMƏK EDƏN HEYVANLAR

deerXüsusilə məməli heyvanların doğumları olduqca təhlükəli olur. Həm doğan ana heyvan, həm də yeni doğulan balalar yırtıcı heyvanlar üçün asan ovdur. Ancaq, adətən, bu canlıların doğuş zamanı yanlarında sürülərindən bir köməkçi olur.

 

Məsələn, dişi maral doğacağı zaman sürüdən kənarda kolluqların arasında bir məkan seçir. Doğuş zamanında isə tək deyil. Yanında sürüdən olan başqa bir  dişi ona kömək etmək üçün hazır gözləyir. davamı »

Arı beyni daha ağıllı robotların düzəldilməsinə ilham verir

ariArıların ətraf mühiti necə qavramasının öyrənilməsi robotların daha müstəqil olmalarına kömək edə bilər.

Bal arısının beyni yaxın gələcəkdə robotların daha müstəqil hərəkət etməsinə kömək edəcək.

Arıların duyğu orqanlarının simulyasiyasının hazırlanması üçün iybilmə və görmə duyğuları 1 milyon avro dəyərindəki bir layihə çərçivəsində tədqiq olunur.

Uçan robota tətbiq olunan arı beyninin simulyasiyası onun təhlükəsiz naviqasiya etmək üçün qərar qəbul etməsinə kömək edəcək.

Bu robot xilasetmə əməliyyatlarında və ya fermalarda bitkilərin mexaniki tozlandırılması üçün istifadə oluna bilər.

Şeffild və Susseks universitetlərindən alimlərin cəlb olunduğu tədqiqatlarda məqsəd arının sinir sisteminin modelini düzəltməkdir.

Duyğu orqanlarının işlək modeli robotda qurulacaq və onun bal arısı kimi həssas uçma qabiliyəti sınaqdan keçiriləcək.

Layihənin kordinatoru, Şeffild universitetindən kompyuter mütəxəssisi Doktor Ceyms Marşal arı beynini simulyasiya etməyin süni intellekt sahəsində ən əsas çətinliklərdən biri olduğunu deyir. davamı »

Ağcaqanad möcüzəsi

agcaqanadOvun yerini müəyyən edən həssas reseptorlar

Ağcaqanad temperatur, qaz, rütubət və qoxu detektorları ilə təchiz olunmuş döyüş təyyarəsi kimidir. 30 metrdən ovunun görür və yerini müəyyən edir. 10 mm uzunluğundakı ağcaqanadın bu qədər təsirli reseptorlarla  təchiz edilməsi göstərir ki, bu canlının ehtiyacları doğulduğu andan üstün şüur sahibi yaradan tərəfindən təmin edilmişdir. Bu üstün yaradan ağcaqanadı yoxdan var edən Allah’dır.

Ağcaqanad ovunu asanlıqla tapmasına imkan verən xüsusi sistemlərə malikdir. Bu sistem temperatur, qaz, rütubət və bəzi kimyəvi maddələrə həssas müxtəlif reseptorlardan təşkil olunmuşdur. Bu sayədə ağcaqanad ovunun yerini qaranlıqda asanlıqla müəyyən edir.

Dövrümüzdə çox istifadə edilən müasir texnologiyanın məhsulu olan istiliyə həssas detektorlar xüsusilə qaranlıq mühitlərdə olduqca təsirli üsuldur. Ağcaqanadın bədənində də çox həssas temperatur reseptoru var. “Tarsi” adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Bu reseptor sayəsində dərinin altında qanın çox olduğu bölgələri (damarlar toxumalardan daha isti olduğu üçün) asanlıqla tapır. Ağcaqanadı cəlb edən başqa bir amil də karbondioksid qazıdır. İnsan və heyvanların nəfəsində olan bu qaz ağcaqanadları cəlb edir və ovunu asanlıqla tapmasına kömək edir. davamı »

Yaralı təqlidi edən quşlar

birdsBəzi quşlar yaralı təqlidi edir və beləliklə, düşmənlərinin diqqətini balalarından yayındıraraq öz üzərilərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin qarşısına keçib yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Lakin quş tədbirli davranır və düşməni ilə aradakı təhlükəli məsafəni qoruyur. “Yaralı” quşu asan ov kimi görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən yuvadan bir xeyli uzaqlaşdırılır. Yırtıcı yuvadan kifayət qədər uzaqlaşdıqda dişi quş bir anda təqlidi dayandırır və yırtıcı heyvan ona çatarkən, dişi quş birdən qanadlanaraq uçur. Bu “teatr səhnəsi” çox inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların yaralı quş ssenarisinə bu gün də alimlər heç bir açıqlama verə bilmirlər.

Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quş şüurlu varlıq olmalıdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin, bir heyvan özünü tərəddüdsüz düşməninin önünə atmaq üçün çox cəsarətli olmalıdır. Maraqlısı budur ki, quşlar bu davranışı başqalarından öyrənib təqlid etmirlər. Bu müdafiə taktikasına və qabiliyyətinə doğulduqları andan sahibdirlər.

Bu heyvanları belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etdirən onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah’dır. Allah bu canlılara ilhamı ilə sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir.

 

ZƏHƏRİ ZƏRƏRSİZLƏŞDİRƏN QUŞLAR: ARARALAR

araraHər hansı səbəbdən zəhərlənən insan zəhərin təsirini məhv edən dərman qəbul etməli və ya zəhər tibbi yolla orqanizmdən xaric edilməlidir. Zəhərlənmə haqqında tibbi məlumatı olmayan bir şəxsin hər hansı bitkidən və ya maddədən istifadə edərək öz-özünü müalicə etməsi mümkün deyil.

Ancaq bəzi canlılar çox insanın təhsil alaraq əldə etdiyi bu biliyə doğulduğu andan malikdir. Şüuru, ağlı, zəkası olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər. Heyvanların özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin faydalı olduğunu müəyyən etmələridir. Bəs bunu edən, həqiqətən, heyvanların özləridirmi? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər. davamı »

Termit yuvaları

termite-mound-forestHeç kim termit koloniyasının torpağın üstündə inşa etdiyi yuvanı gördükdə təəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə çatan memarlıq nümunəsidir.

Bir termitin boyu ilə inşa etdiyi yuvanın hündürlüyünü müqayisə etdikdə onun özündən təxminən 300 dəfə böyük memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Lakin bunun daha da təəccüblü cəhəti termitlərin kor olmalarıdır.

Kor termitlərin tikdiyi bu nəhəng yuvaları heç görməyən biri bunların qum təpələrinin üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası mükəmməl bir plan əsasında inşa edilir.

Belə ki, termit yuvasının içində tunellər, keçidlər, ventilyasiya sistemləri, xüsusi göbələk becərmə bağçaları və təhlükəsizlik çıxışları var. davamı »

Sonar sistemi ilə görən delfinlər

delfinBir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.

Sonarın göndərdiyi siqnallar cisimlərə dəydikdən sonra təkrar geri qayıdaraq delfinin alt çənəsinə çatır və buradan da lipit adlı yağ vasitəsilə daxili qulağa ötürülür. Tam uyğun miqdarda ifraz edilən bu yağ sayəsində daxili qulağa çatan məlumatlar beyinə ötürülür və qəbul etmə tamamlanmış olur.

Hər şeyi bənzərsiz və qüsursuz yaradan Allah delfinləri də ən gözəl şəkildə yaratmış və üstün texnologiya ilə təchiz etmişdir.

Mövsümə və torpağa görə dəyişən tük rəngi

lelekMühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflyaj baxımından böyük üstünlük təmin edir.

Bunun əksi də ola bilər və heyvan qışda torpaq rəngi, ya da yayda dümağ qala bilərdi. Ya da heç rəng dəyişdirməyə bilərdi. Qısacası, rənglərin mövsümlərə görə dəyişməsində böyük ağıl və hesablama var. Bədənimizin günəşdə yanmasına mane ola bilmədiyimiz (xüsusi qorunma üsulları xaric) kimi, heyvanlar da bədənlərindəki dəyişməyə nəzarət etmək qabiliyyətinə malik deyillər. Bir heyvanın bunu özünün hesablayıb nəzarət etməsi mümkün deyil. Şübhəsiz ki, Allah bu canlıları belə bir qorunma mexanizmi ilə birlikdə yaratmışdır.