Tag-Archive for » heseratlar «

Ağcaqanad möcüzəsi

agcaqanadOvun yerini müəyyən edən həssas reseptorlar

Ağcaqanad temperatur, qaz, rütubət və qoxu detektorları ilə təchiz olunmuş döyüş təyyarəsi kimidir. 30 metrdən ovunun görür və yerini müəyyən edir. 10 mm uzunluğundakı ağcaqanadın bu qədər təsirli reseptorlarla  təchiz edilməsi göstərir ki, bu canlının ehtiyacları doğulduğu andan üstün şüur sahibi yaradan tərəfindən təmin edilmişdir. Bu üstün yaradan ağcaqanadı yoxdan var edən Allah’dır.

Ağcaqanad ovunu asanlıqla tapmasına imkan verən xüsusi sistemlərə malikdir. Bu sistem temperatur, qaz, rütubət və bəzi kimyəvi maddələrə həssas müxtəlif reseptorlardan təşkil olunmuşdur. Bu sayədə ağcaqanad ovunun yerini qaranlıqda asanlıqla müəyyən edir.

Dövrümüzdə çox istifadə edilən müasir texnologiyanın məhsulu olan istiliyə həssas detektorlar xüsusilə qaranlıq mühitlərdə olduqca təsirli üsuldur. Ağcaqanadın bədənində də çox həssas temperatur reseptoru var. “Tarsi” adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Bu reseptor sayəsində dərinin altında qanın çox olduğu bölgələri (damarlar toxumalardan daha isti olduğu üçün) asanlıqla tapır. Ağcaqanadı cəlb edən başqa bir amil də karbondioksid qazıdır. İnsan və heyvanların nəfəsində olan bu qaz ağcaqanadları cəlb edir və ovunu asanlıqla tapmasına kömək edir. davamı »