Blog Archives

Ağcaqanad möcüzəsi

agcaqanadOvun yerini müəyyən edən həssas reseptorlar

Ağcaqanad temperatur, qaz, rütubət və qoxu detektorları ilə təchiz olunmuş döyüş təyyarəsi kimidir. 30 metrdən ovunun görür və yerini müəyyən edir. 10 mm uzunluğundakı ağcaqanadın bu qədər təsirli reseptorlarla  təchiz edilməsi göstərir ki, bu canlının ehtiyacları doğulduğu andan üstün şüur sahibi yaradan tərəfindən təmin edilmişdir. Bu üstün yaradan ağcaqanadı yoxdan var edən Allah’dır.

Ağcaqanad ovunu asanlıqla tapmasına imkan verən xüsusi sistemlərə malikdir. Bu sistem temperatur, qaz, rütubət və bəzi kimyəvi maddələrə həssas müxtəlif reseptorlardan təşkil olunmuşdur. Bu sayədə ağcaqanad ovunun yerini qaranlıqda asanlıqla müəyyən edir.

Dövrümüzdə çox istifadə edilən müasir texnologiyanın məhsulu olan istiliyə həssas detektorlar xüsusilə qaranlıq mühitlərdə olduqca təsirli üsuldur. Ağcaqanadın bədənində də çox həssas temperatur reseptoru var. “Tarsi” adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Bu reseptor sayəsində dərinin altında qanın çox olduğu bölgələri (damarlar toxumalardan daha isti olduğu üçün) asanlıqla tapır. Ağcaqanadı cəlb edən başqa bir amil də karbondioksid qazıdır. İnsan və heyvanların nəfəsində olan bu qaz ağcaqanadları cəlb edir və ovunu asanlıqla tapmasına kömək edir. davamı »

Yaralı təqlidi edən quşlar

birdsBəzi quşlar yaralı təqlidi edir və beləliklə, düşmənlərinin diqqətini balalarından yayındıraraq öz üzərilərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin qarşısına keçib yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Lakin quş tədbirli davranır və düşməni ilə aradakı təhlükəli məsafəni qoruyur. “Yaralı” quşu asan ov kimi görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən yuvadan bir xeyli uzaqlaşdırılır. Yırtıcı yuvadan kifayət qədər uzaqlaşdıqda dişi quş bir anda təqlidi dayandırır və yırtıcı heyvan ona çatarkən, dişi quş birdən qanadlanaraq uçur. Bu “teatr səhnəsi” çox inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların yaralı quş ssenarisinə bu gün də alimlər heç bir açıqlama verə bilmirlər.

Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quş şüurlu varlıq olmalıdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin, bir heyvan özünü tərəddüdsüz düşməninin önünə atmaq üçün çox cəsarətli olmalıdır. Maraqlısı budur ki, quşlar bu davranışı başqalarından öyrənib təqlid etmirlər. Bu müdafiə taktikasına və qabiliyyətinə doğulduqları andan sahibdirlər.

Bu heyvanları belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etdirən onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah’dır. Allah bu canlılara ilhamı ilə sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir.

 

Yuxuda yaşadığımız hisslər dünyası

babyİnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq, həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, impulsların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu məqaləni oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çoxlu insanın olduğu, təhlükəli yerdə görə bilir. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilir. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini, həqiqətən, təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nə hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə, beynindən kənarda gördüklərinin heç biri yoxdur. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , ,  Şərh yaz

ZƏHƏRİ ZƏRƏRSİZLƏŞDİRƏN QUŞLAR: ARARALAR

araraHər hansı səbəbdən zəhərlənən insan zəhərin təsirini məhv edən dərman qəbul etməli və ya zəhər tibbi yolla orqanizmdən xaric edilməlidir. Zəhərlənmə haqqında tibbi məlumatı olmayan bir şəxsin hər hansı bitkidən və ya maddədən istifadə edərək öz-özünü müalicə etməsi mümkün deyil.

Ancaq bəzi canlılar çox insanın təhsil alaraq əldə etdiyi bu biliyə doğulduğu andan malikdir. Şüuru, ağlı, zəkası olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər. Heyvanların özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin faydalı olduğunu müəyyən etmələridir. Bəs bunu edən, həqiqətən, heyvanların özləridirmi? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər. davamı »

KAİNATDA MÖCÜZƏVİ DİNAMİKA: SÜRƏT

On The Track At Speed-597431Yer kürəsi öz oxu ətrafında bir az yavaş fırlansaydı və ya orqanizminizdəki qan indikindən daha yavaş axsaydı, nə olardı? Bəs Günəşdən gələn işıq yer üzünə bu qədər yüksək sürətlə çatmasaydı? Bəlkə bu mövzular haqqında heç düşünməmisiniz, ancaq bütün bu hadisələrin ən uyğun sürətdə baş verməsi həyatımızı davam etdirməyimiz üçün labüd ünsürdür.

Biz heç fərqində olmadan, həm bədənimizdə, həm də ətrafımızda yaşamağımız üçün lazımi proseslər məhz lazımi sürətdə həyata keçir. Bu sürətdə, məsələn, beyin hüceyrələrinin sürətlə bir-birləri ilə rabitə qurmalarında, göz, qulaq, burun, dil və dəridən gələn siqnalların sürətlə elektrik impulsuna çevrilib sinir hüceyrələri vasitəsilə beyinə göndərilməsində, bitkilərin fotosintez kimi kompleks prosesi həyata keçirməsində, bizdən milyonlarla kilometr məsafədə olan Günəşin işığının böyük sürətlə bizə çatmasında, səsin sürətində və başqa bir çox hadisədə görə bilərik.

Bu proseslərdə bir saniyəlik gecikmə belə insanlara böyük zərər verər, lakin gecikmə heç vaxt baş vermir. Bütün proseslər Allah’ın izni ilə ən uyğun sürətdə, qüsursuz həyata keçir. Biz də bu sayədə heç bir çatışmazlıq olmadan həyatımıza davam edirik. davamı »

Stounhenc

stounhenchStounhenc çəmbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən 4.5 m hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun birləşdirilməsindən əmələ gəlmişdir. İngiltərədə yerləşən bu tikili tədqiqatçıların diqqətini çəkir. Tikilməsi və tikiliş məqsədi haqqında bir çox nəzəriyyə irəli sürülmüşdür. Burada bu nəzəriyyələrdən hansının doğru olduğu üzərində dayanmayacağıq. Əsas odur ki, bu tikili təkamül nəzəriyyəsinin bəşəriyyət tarixini açıqlamaq üçün irəli sürdüyü iddiaları əsassız edən nümunələrdən biridir.

Aparılan tədqiqatlar Stounhencin 3 inşaat mərhələsində ərsəyə gəldiyini üzə çıxarmışdır. Bir çox mənbəyə əsasən, Stounhencin ən qədim inşaat mərhələsi e.ə. 2800-cü ilə gedib çıxır. Yəni Stounhencin tarixi bundan təqribən 5000 il əvvələ uzanır. Tarixi mənbələr ilk inşaat mərhələsində ərazidə nəhəng daşlardan kiçik çəmbər qurulduğunu və bu çəmbərin xaricinə də dabandaşı yerləşdirildiyini xəbər verir. Daha sonra nəhəng daşlarla ikinci çəmbər qurulmuş, bundan sonra da çəmbərlərin daxili hissəsinə “mavi daş” adlanan daş bloklar yerləşdirilmişdir. davamı »

TƏƏCCÜB DOĞURAN MÖCÜZƏ: YERİYƏN ZÜLALLAR

images (1)Bundan təxminən 150 il əvvəl irəli sürülən təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli sehridir. Bu nəzəriyyə hədsiz möcüzələrlə dolu canlıların mənşəyini təsadüflərlə açıqlamağa çalışır. Heç bir konkret elmi fakta əsaslanmasa da, təsirli təlqin metodları ilə insanlar aldadılır. Ancaq elmi nailiyyətlərin artması ilə Allah’ın möhtəşəm yaratmasının incəlikləri üzə çıxarılmışdır. Artıq canlıların quruluş vahidi olan bir zülalın belə təsadüfən meydana gəlmədiyi riyazi cəhətdən sübut edilmişdir. Elektron mikroskopları ilə hüceyrənin içindəki həyat gün üzünə çıxarılır və heyranedici təfərrüatları göstərilir. Bu məqalədə birlikdə bu maraqlı nümunələrdən biri ilə tanış olacağıq. Hz. Musanın əsasının Misirdəki sehrbazların hiyləsini puç etməsi kimi bu məqalədəki dəlillər də dövrümüzün ən böyük hiyləsini puç edir. Gəlin buna birlikdə şahid olaq. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , , ,  Şərh yaz

Əllərimizdəki təqlid edilməz yaradılış

imagesÇayı qarışdırmaq, qəzetin səhifələrini çevirmək, yazı yazmaq kimi adi görünən fəaliyyətləri həyata keçirən əlimiz, əslində, inanılmaz mühəndislik əsəridir. Əl standart quruluşa malik olmasına baxmayaraq, bir-birindən çox fərqli istifadə sahələrində işləyir. Çoxlu sayda əzələ və sinirə malik qollarımız şərtlərə uyğun olaraq əlimizin güclü və ya yumşaq tutmasını təmin edir. Məsələn, insan əli yumruq kimi sıxılmamış vəziyyətdə ikən hər hansı cismin üzərinə 45 kiloqramlıq güclə zərbə endirə bilər, digər tərəfdən baş barmaq və şəhadət barmağı arasında tutduğu millimetrin onda biri qədər naziklikdəki kağız parçasını hiss edə bilər.

Göründüyü kimi, hər iki iş bir-birindən tamamilə fərqlidir. Biri çox incə əyar, digəri isə tam əksinə, böyük güc tələb edir. Lakin biz kağızı alarkən də, yumruq vurarkən də 1 saniyə belə necə etməyi, ikisi arasındakı güc fərqini tənzimləməyi belə düşünmürük. “İndi bir kağız götürəcəyəm, yaxşısı budur ki, 500 qramlıq güc tətbiq edim, indi də su dolu vedrəni qaldıracağam, bunun üçün 40 kiloqramlıq güc tətbiq edim”, – demirik. Bunlar ağlımıza belə gəlməz.

davamı »

Bölmə: Vücudumuz  Şərh yaz

HİSSLƏRİ SAXLAYAN HAFİZƏ MOLEKULU

DNAstructureİnformasiyalar beyində daimi saxlanmaq üçün hafizədə qeyd olunmuş digər informasiyalarla birləşdirilir. Bu əməliyyatın ən əsas hissəsi isə hüceyrə daxilində baş verən kimyəvi reaksiyadır. Hər hüceyrənin mikro hafizəsi var. Bu mikro hafizəni daşıdığı informasiyanın miqdarına görə nəhəng kitabxanaya bənzətmək olar. Nəsildən nəslə ötürülən bu mikro ölçüdəki nəhəng arxiv DNT molekuludur. Məlum olduğu kimi, DNT molekulu qoşa spiralvarı quruluşdadır. 4 əsas kimyəvi maddədən təşkil olunub: A-adenin, Q-quanin, S-sitozin, T-timin. Bu dörd hərf üçlü kombinasiyalarda birləşərək genetik şifr əmələ gətirir.

İnformasiyalar necə xatırlanır?

davamı »

Bölmə: Mikrodünya  Açar sözlər: , , , ,  Şərh yaz

Yüz illərlə saxladığımız halda, cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir?

toxumToxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir. Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir. Bu prosesin həyata keçməsində əsas amil abscisic acid adlandırılan hormondur. Bu hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir. Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. (Françoise Brenckmann, Grains de Vie, s. 68)
On illərlə, hətta əsrlərlə yuxu dövründə qalan və sonra cücərən toxumlar var. Bu yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şəraitlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir. (Advanced Plant Physiology, Malcolm B. Wilkins, s. 462)
Bəs bu qədər vacib olan xüsusiyyət necə ortaya çıxmışdır? Şərait pisləşdikdə bitki toxumları torpağın altında bundan necə xəbərdar olur və tədbir alırlar? Toxumun nə gözləri, nə saatı, nə də sinir sistemi var. Bu halda, bitki yuxu dövründən oyanma vaxtının gəldiyini necə hesablayır?