Blog Archives

Həyat üçün zəruri olan tarazlıqlar siyahısı

ad6e1a26_wallhaven-298242Yer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı. davamı »
Bölmə: Planetimiz  Şərh yaz

İşığın mükəmməl quruluşu

fbcd0a09_658087-bright-sun-light-rays“Günəşdən yayılan şüaların, Yer üzündə həyatın mövcudluğunu dəstəkləmək üçün lazım gələn çox kiçik intervala yerləşdirilmiş olması, həqiqətən çox fövqəladə haldır”.

(Yan Kempbel (Ian Campbell), ingilis fiziki) (1)

Yaşadığımız həyat boyu ən çox gördüyümüz göy cismi Günəşdir. davamı »

Ultrabənövşəyi şüalardan infraqırmızı şüalara

a8635b50_spd_high_cri_visible_light_spectrum_newİşıq 1025 fərqli dalğa uzunluğunda ola bilər. Bu dalğa uzunluqları müxtəlif enerji səviyyələrinə malikdir. Bu enerji səviyyələrini araşdırdığımızda, müxtəlif dalğa uzunluğundakı şüaların, maddə ilə təmas etdiklərində çox fərqli təsir meydana gətirdiklərini görürük.

Elektromaqnit şüalar intervalının qısa dalğa uzunluğuna sahib şüalarının ortaq xüsusiyyəti, çox yüksək enerji daşımalarıdır. davamı »

Bölmə: Planetimiz  Şərh yaz

Sonsuz birləşmə qura bilən həyati element: Karbon

181575c5_astronomiya-uzun001Dövri cədvəldə altıncı yerdə yerləşən karbon, qırmızı nəhəng adlandırılan böyük ulduzlarda hədsiz fövqəladə proses nəticəsində əmələ gəlir. Karbonun bu qədər fövqəladə şəkildə əmələ gəlməsini kəşf edən Fred Hoylun (Fred Hoyle); “fizika qanunları, ulduzlarda yaratdıqları nəticələrə baxılsa, şüurlu şəkildə nizamlanıblar” dediyinə də şahid olmuşduq.(1)

Karbonu araşdırdığımız vaxt, bu atomun təkcə əmələ gəlməsinin deyil, kimyəvi xüsusiyyətlərinin də tənzimləndiyi görərik. davamı »

Materializmin elmi cəhətdən süqutu

maxresdefault2“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.

(Tanınmış mütəfəkkir Artur Kestler (Arthur Koestler))(1).

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yarandı?

Bu kainatdakı tarazlıq, ahəng və nizam necə meydana gəldi?

Üzərində yaşadığımız dünya, yaşamağımız üçün, necə belə uyğun sığınacaq ola bildi? davamı »

Müasir elm: kainat yoxdan yaradılmışdır

1200x630_267788_big-bang-teorisi-aydinlaniyor-680x365“Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?” davamı »

Kainatın genişlənməsi və “böyük partlayış” nəzəriyyəsinin yaranması

galaksi-buyuk-patlama1920-ci illər, müasir astronomiyanın inkişafı baxımından çox mühüm illər idi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə kainatın sabit olmadığını və ən kiçik bir qarşılıqlı təsirin kainatın genişlənməsinə və ya daralmasına səbəb olacağını müəyyənləşdirdi. Fridmanın gətirdiyi çıxış yolunun əhəmiyyətini ilk görən insan isə, Belçikalı astronom Corc Lemetr (Georges Lemaître) oldu. davamı »

Böyük partlayış nəzəriyyəsinin qələbəsi

1200x630_267788_big-bang-teorisi-aydinlaniyor1948-ci ildə Corc Qamov, (George Gamow) Corc Lemetrin (Georges Lemaître) hesablama işlərini genişləndirdi və böyük partlayışa bağlı olaraq yeni bir tezis irəli sürdü. Bu tezisə görə, kainat böyük partlayış nəticəsində meydana gəlibdirsə, kainatda bu partlayışdan gəlib çıxan müəyyən miqdarda radiasiya qalığı olmalıydı. Həmçinin bu radiasiya qalığı kainatın hər yerində bərabər miqdarda olmalıydı.

“Olması lazım gələn” bu dəlil çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Uilson (Robert Wilson) adlı iki tədqiqatçı bu dalğaları kəşf etdilər. davamı »

Böyük partlayış nəzəriyyəsinə qarşı etirazların əsassızlığı

bigbang2lYaradılış həqiqətinə edilən etirazlar və əsassızlığı

Buraya qədər araşdırdığımız kimi, böyük partlayışın kainatın yoxdan yaradıldığı mənasını verdiyi, yəni yaradılışı sübut etdiyi açıqdır. Bundan ötrü də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər, bu həqiqətə qarşı çıxa bilmək üçün, bəzi alternativ izahlar gətirməyə çalışıblar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsinə əvvəlki səhifələrdə toxunmuş və bu nəzəriyyənin əslində “kainatın yaradılması fikrindən fəlsəfi olaraq narahat olan” bəzi elm adamlarının ümidsiz səyi olduğunu ifadə etmişdik.

Materialistlərin gətirməyə çalışdıqları digər iki alternativ cavabsa, böyük partlayışı qəbul edən, lakin bunu yaradılış həqiqətindən başqa yolla izah etməyə çalışan modeldir. davamı »

Qurani-Kərimdə kainatın yaradılışı

kuran-uzayQurandakı işarələr

Böyük partlayış modeli, insanların kainatı tanımasına kömək etməklə yanaşı, çox mühüm bir funksiya daha gerçəkləşdirmişdir. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz, əvvəllər ateist olan lakin sonradan yaradılışı qəbul edən tanınmış filosof Antoni Flyunun (Anthony Flew) ifadəsiylə, böyük partlayışla birlikdə; “elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir”. davamı »