»Heyvanlar Aləmi « Bölməsi üzrə arxiv

FİZİKİ QANUNLARI BİLƏN KƏPƏNƏKLƏR

kepenekKəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanadları, zərif uçuşları ilə təbii gözəl olan bu canlılar Allah’ın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Olduqca qısa ömür sürmələrinə baxmayaraq, bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparırlar. Məsələn, uçmaq üçün kəpənəklərin bədəni müəyyən temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nə etdiyini birlikdə öyrənək.

Colias kəpənəyinin bədən temperaturu 28 dərəcədən aşağı olarsa, uça bilməz. Belə olduqda, kəpənək dərhal qanadlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdırdıqda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu düşməyə başlayır.

Bundan başqa, bu kəpənək növlərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələr də təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin ötürülməsi asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalır.

Başqa bir kəpənək növü də bədən temperaturunu artırmaq üçün buna bənzər üsuldan istifadə edir.

Linzalar haqqında hamınızın məlumatı var. Onların bəzilərindən cisimləri böyütmək, digərlərindən isə kiçiltmək üçün istifadə olunur. Məsələn, eynək şüşələri linzadır. Günəş işığının qarşısına tutulan linza ilə istiliyi müəyyən nöqtədə toplamaq olur. Hətta bu üsulla od yandırmaq da mümkündür. Pieris kəpənəyi isə qanadlarını elə vəziyyətdə saxlayır ki, bütün şüaları eynilə linza kimi bədəninin ən çox isinməli yerlərində toplaya bilir.

Dəfələrlə istifadə edilə bilən yapışqan

gekoKərtənkələyə bənzəyən və tavanda yerimə qabiliyyətinə sahib olan gekoların ayaq dabanının quruluşundan ilhamlanan alman alimləri dəfələrlə istifadə edilə bilən güclü bir yapışqan icad etdilər. Kiel Universiteti Zoologiya Universitetinin tədqiqatçıları böcəklərin və geko kimi sürünənlərin divara dırmaşma və tavanda yeriyə bilmə xüsusiyyətlərini araşdırdılar və heyvanların bu xüsusiyyətini silikon vasitələrlə təqlid etməyi bacardılar. Bu şəkildə istehsal olunan yapışqanlar geridə iz buraxmır və sualtında istifadə edilə bilir. Tədqiqatçılar böcək qanadları, ilan dəriləri və yapışmağa mane olan bitkilərdəki yapışqanlıq xüsusiyyətlərini təqlid etmək üçün tədqiqat aparırlar.

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər:  Şərh yaz

Addımlarını sayaraq istiqaməti müəyyən edən qarışqalar

qarisqaElm adamları uzun illərdir qarışqaların qida axtarmaq üçün uzun məsafələr qət edib, sonra heç azmadan yuvalarına necə qayıtdıqlarını araşdırırlar. Xüsusilə Saxara səhrasında yaşayan səhra qarışqalarının günəş vasitəsilə istiqaməti müəyyən etdikləri məlum olsa da, onların bu diqqətçəkən xüsusiyyəti elm adamlarını bu sahədə daha dərin tədqiqatlara təşviq etmişdir.

Səhralarda istiqaməti müəyyən etməyə kömək edən heç bir iz və ya işarə olmadığı halda, ziqzaq xətt üzrə yem axtaran Saxara qarışqalarının yem tapdıqdan sonra gəldikləri ziqzaq yolun əksinə, düz xətt üzrə yüz metrlərlə yolu qət edib yuvalarına qayıtdıqları və bunun üçün Günəşdən istifadə etdikləri bundan əvvəl elmə məlum idi. davamı »

KENQURU BALALARINA XÜSUSİ QAYĞI

kenguruYeni doğulmuş kenquru balası lobya dənəsi boyda olur, ayaqları hələ yeni inkişaf etməyə başlayır. Kenquru balaları doğulduqda kor olurlar. Çünki kenquru balaları ana bətnində inkişaflarını tamamlamadan dünyaya gəlirlər. Buna görə, balalar üçün analarının bədənində hazırlanmış tüklü kisə çox mühüm qorunma yeridir. Bu kisə bala böyüdükcə genişlənir. Kisənin girişində balanın düşməsinin qarşısını alan xüsusi əzələlər var. Bu əzələlər ana kenquru suya girdikdə də suyun içəriyə dolmasının qarşısını alır.

(Creation, vol.20, n.3, June-August 1998, səh. 29)

Kenquruların südü də balalarının tam tələbatına uyğun xüsusiyyətdədir. Südün tərkibindəki yağ və digər birləşmələr balanın böyüməsinə və ehtiyaclarına uyğun olaraq dəyişilir.

Şübhəsiz ki, kenqurunu bu xüsusiyyətlərlə yaradan Allah’dır.

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər:  Şərh yaz

Doğuşunu təxirə salan canlı

mosquitoİnsanlar üçün qeyri-real görünən bir çox şey heyvanlar tərəfindən rahatlıqla həyata keçirilir. Məsələn, insanlar hamiləlik müddətini uzada bilməzlər, amma bəzi canlılar bunu asanlıqla edə bilirlər.

Allah ağıla, zəkaya və hətta bəzən beyinə belə sahib olmayan canlılara heyrətamiz işlər etdirir. Bunlar arasında ən çox qarşılaşdığımız və bəlkə də ən az əhəmiyyət verdiyimiz canlı növlərindən biri ağcaqanadlardır.

Uçuşundakı üstün dizaynından, yumurtaları üçün torpağın nəmini və temperaturunu ölçməsinə və kamuflyaja qədər bir çox fövqəladə qabiliyyətə sahib olan ağcaqanadların ən əhəmiyyətli xüsusiyyəti doğuşunu gecikdirə bilməsidir. davamı »

Bal arısı

ariBal arısı dayanmadan və dincəlmədən gündə iyirmi min çiçəyə qonur. Həyatı boyu  2.000.000 km-lik yol qət edir və bu məşəqqətli işin nəticəsi olaraq bizə bal kimi dadlı qida verir.

1-Arıya bal hazırlamaq qabiliyyətini kim öyrədib? Bütün insanlar toplanıb bir qramını belə hazırlaya bilmədiyi balı bu həşərat necə düzəldir? Yoxsa bizdən ağıllıdır?

2-Arının təkcə bal hazırlamağı bilməsi kifayət deyil. Bal həm də insan üçün çox faydalıdır. Deməli, balı hazırlayanın insan orqanizmi barədə məlumatı olmalıdır. Halbuki, arıda belə bir elmi yoxdur.

3-Balı hazırlayıb insanlara yedirtmək rəhmət və şəfqətin əsəridir. Halbuki, arının bizə qarşı nə mərhəməti, nə də şəfqəti var. Buna dəlil isə fürsət tapdıqda bizi zəhərli iynəsi ilə sancmasıdır. Elə isə bizə qarşı mərhəmət edən və şəfqət bəsləyən kimdir?

4-Arı çiçəklərin tozlanmasında da böyük rol oynayır. Çiçək tozlarını bir çiçəkdən başqa çiçəyə daşıyaraq bitkilərin çoxalmasına kömək edir. Arı bir çiçəyə qonduqda yapışqan, sıx tükləri çiçək tozuna bulaşır. Sonra həmin bitkinin başqa fərdinə qonaraq çiçək tozlarını ona bulaşdırır. Bu vəzifənin icrasında isə maraqlı bir səhnə meydana gəlir. Bal arısı qızılgülə qonsa, ətrafdakı qızılgül çiçəkləri bitənə qədər başqa növə qonmur. Bunun səbəbi isə budur: əgər fərqli çiçəklərə qonsaydı, çiçək tozları fərqli gül növlərinə daşınacağına görə döllənmə meydana gəlməz və çiçəklərin nəsli kəsilərdi. Bəs, görəsən, bal arıları çiçəkləri necə tanıyır? Çiçəklərin nəslinin davam etməsi üçün bu yorucu səyahəti nə üçün edir?

5-Bal arısının kiçik qarnında bal hazırlamaq və balı zəhərə qarışdırmamaq kimi möcüzəvi işin icraçısı Allah’dan başqa kim ola bilər?

 

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: , ,  Şərh yaz

Atların ayaq üstə yatdıqlarını bilirdinizmi?

atNecə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Rəbbimizin verdiyi bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yatır, həm də çox ağır yükləri daşıyırlar. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikdə belə başları yana düşür.

Atların ayaqları təkcə ağır yük daşımaq üçün deyil, eyni zamanda, daha sürətlə qaçmaq üçün xüsusi yaradılmışdır. Digər heyvanlardakı kimi atlarda körpücük sümüyü yoxdur. Bu onların daha böyük addım atmasına səbəb olur. Bundan əlavə, atların ayaqlarında sürətləndikcə sərf etdikləri gücü azaldan, bunun əvəzində hərəkət qabiliyyətlərini artıran sümük-əzələ mexanizmi var. Bu mexanizmin işləməsini avtomobillərdəki ötürücü mühərrikə bənzədə bilərik. Sürətini artıran avtomobilin sürət qutusunda növbəti sürət çarxına keçməsi kimi, atlar da sürətlərini artırdıqca bir növ növbəti sürət çarxına keçirlər. Bu yolla itələməyə sərf edilən güc azaldılır, hərəkət qabiliyyəti artır. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz

Bunları bilirdinizmi?

yer kuresiYer kürəsinin məhz lazımi ölçüdə olduğunu…

Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318 dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilməyib.

Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük. Amerikalı geoloqlar Press və Siver Yerin bu uyğunluğu haqqında belə məlumat verirlər:

Yer kürəsi məhz lazımi böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü xüsusiyyət qazandırardı… (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4) davamı »

Elektroşokla ov ovlayan ilan balıqları

ilan baligiBoyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir.

Elektrik ilan balığının bədənindəki yan əzələlərdə yerləşmiş orqanları tərəfindən hasil edilir. Elektrikli ilan balığının üç cüt elektrik orqanı var. Bu orqanlar balığın çəkisinin böyük hissəsini və boyunun 4/5-nü təşkil edir. Elektrik orqanı çoxlu sayda yastı hüceyrənin ardıcıl, paralel bağlanmasından əmələ gəlir. Elektrikli ilan balığının quyruğunda 70 sütun şəklində düzülmüş, 10.000 kiçik elektrik orqanı yerləşir. Bu hüceyrələrin hamısının eyni anda hərəkətə salaraq güclü elektrik axını əmələ gətirməsi üçün hüceyrələri hərəkətə keçirən sinir impulsları eyni zamanda ötürülməlidir. Minlərlə hüceyrənin müəyyən canlını hədəfə alaraq eyni anda elektriki boşaltması isə çox xüsusi, təəccüblü haldır. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz

Balıqların üzməsini asanlaşdıran yaradılış xüsusiyyətləri

  • baliqSərfəli üzmə texnikası:

Balıqlar sabit vəziyyətdə üzərkən birdən yüksək sürət əldə etmək üçün yüksək enerjiyə ehtiyacları olur. Ani surətdə sürətlənmək onlar üçün çox vacibdir, çünki yırtıcı heyvanlardan qaçmalıdırlar. Bəzi kiçik balıqlar sabit vəziyyətdə ikən saniyənin XXX -i qədər qısa müddətdə sürətlərini maksimum səviyyəyə çatdırırlar. Bu zaman hasil etdikləri itələmə qüvvəsi öz çəkilərindən 4 dəfə çox olur. Son model avtomobillərin belə 0 km-dən 100 km-dək sürəti 4-6 saniyə ərzində əldə etdiklərini nəzərə alsaq, balıqların nə qədər sərfəli üzdükləri daha yaxşı məlum olar.

  • Hərəkət etməyi asanlaşdıran onurğa:

Balıqlar suyun içində çox vaxt axına qarşı hərəkət etməli olurlar. Suyun müqavimət qüvvəsinə güclü cərəyanların əmələ gətirdiyi qüvvə də əlavə edildiyi halda, balıqlar bu çətinliyin də öhdəsindən gələrək üzməyə davam edirlər. Balığa bu cür gücü onurğa və əzələlərinin xüsusi formaları qazandırır. Onurğa balığın bədəninin dik dayanması, habelə, üzgəclərin və əzələlərin ona birləşməsi üçün uyğun quruluşdadır. Əgər belə olmasaydı, balıqlar suda hərəkət edə bilməzdilər. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz