»Kainat « Bölməsi üzrə arxiv

GÜNƏŞ SİSTEMİNDƏKİ MÖCÜZƏVİ TARAZLIQLAR

günəşPlanetlərlə Günəş arasındakı məsafə sabitdir:

 Günəş sistemində 8 planet və bu planetlərə bağlı 54 peyk var. Bu planetlər Günəşə yaxınlığına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun və Uran. Planetlərlə Günəş arasındakı məsafə sabitdir və əsla dəyişmir. Bu planetlərin və 54 peykin içində həyat üçün uyğun səthə və atmosferə malik yeganə göy cismi isə Yerdir.

Günəşin cazibə qüvvəsi və planetlərin mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var:

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar. davamı »

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (İnsan Skelet Sistemi)

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Yarasalardakı texnologiya)

Ramil Rüstəmov / İctimai TV / İnsan üçün yaradılan planet

Ramil Rüstəmov / İctimai TV / Kainatın Yaradılışı

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Ağcaqanadlardakı texnologiya)

Ramil Rüstəmov / İctimai TV / Yer kürəsi haqqında

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Quşlar və qatar texnologiyası)

Atom bombalarının dağıdıcı təsirləri

Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insanın bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır.

Bütün dünya II Dünya Müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb.

Bir neçə saniyə ərzində yüz minlərlə insanın ölməsinə səbəb olan atomun daxilindəki bu böyük gücün necə ortaya çıxdığını araşdıraq: davamı »

Yer Kürəsinin Kütləsi və Maqnit Sahəsi

Soldan sağa: Merkuri, Venera, Yer, Mars

Yer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yaşanı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib?

Xeyr! Yer kürəsinin xüsusiyyətlərini nəzərdən keçirdikdə üstündə yaşadığımız bu göy cisminin lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Press və Siver Yer kürəsinin bu cəhətdən “uyğunluğu” haqqında belə deyirlər:

“Yer kürəsinin ölçüsü lazımi qədərdir. Daha kiçik olsaydı, Yer kürəsinin cazibə qüvvəsi çox zəifləyəcək və atmosferini ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsaydı, bu dəfə də Yer kürəsinin cazibə qüvvəsi çox artar və bəzi zəhərlli qazları da saxlayaraq atmosferi öldürücü hala salardı…” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4) davamı »