»Kainat « Bölməsi üzrə arxiv

Yoxluqdan Varlığa: Big Bənq (Böyük Partlayış)

Ətrafınızda gördüyünüz hər şeyin, öz bədəniniz, içində yaşadığınız ev, hal-hazırda oturduğunuz kreslo, ağaclar, quşlar, torpaq, meyvələr, bitkilər, qısaca desək, bütün canlıların və ağlınıza gələn bütün maddələrin “Böyük Partlayış” ilə var olan atomların birləşməsi nəticəsində əmələ gəldiyini bilirdiniz? Bu partlayışdan sonra kainatdakı qüsursuz nizamın əmələ gəlməsindən xəbəriniz vardı? Bəs bu “Böyük Partlayış” nədir?

Ötən əsrdə qabaqcıl texnologiya ilə həyata keçirilən araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcı olduğunu qəti surətdə ortaya qoymuşdur. Elm adamları apardıqları tədqiqatlar nəticəsində kainatın davamlı olaraq “genişləndiyini” müəyyən etmişlər və kainat genişləndiyinə görə zaman ərzində geriyə doğru getdikdə kainatın təkcə bir nöqtədən genişlənməyə başladığı nəticəsinə gəlmişlər. Məhz bu gün elm, kainatın bu tək nöqtənin partlaması ilə yoxdan var olduğu həqiqətini üzə çıxarmışdır. Bu partlayışa “Biq Bənq”, yəni “Böyük Partlayış” adı verilmişdir.

davamı »

Atmosferin Həyat üçün Uyğunluğu

Yer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.

Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir. davamı »

Günəş Sistemində Səyahət

Əgər Günəş sistemində səyahət etsəniz, olduqca maraqlı bir mənzərə ilə qarşılaşarsınız. Səyahəti sistemin lap kənarından başladığınızı fərz edək.

İlk qarşılaşacağınız planet Neptundur. Bu planet olduqca “soyuq”dur: səthinin temperatru -218°C-yə yaxındır. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Habelə, planetin səthində sürəti saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.

Bir az da irəlilədikdə Urana çatırsınız. Uran quruluşunun çox hissəsi qaya və buz olan “qaz planet”dir. Atmosfer temperaturu -214°C-yə yaxındır. Hidrogen, helium və metandan ibarət olan atmosferi həyat üçün əsla uyğun deyil. davamı »

Həyatın Kosmosdan Gəlməsi Nə üçün Mümkün Deyil?

Darvin XIX əsrin ortalarında nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəlində həyatın mənbəyini araşdıran elm adamları isə təka

mül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırlamışdı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmayacağı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edilmişdi. davamı »

Günəş Sistemindəki Qüsursuz Nizam

Olduğunuz yerdən kənara çıxdıqda günəş şüalarının üzünüzə sizi heç narahat etmədən vurduğunu Günəş sistemindəki qüsursuz nizama borclusunuz. Bizə sadəcə xoş istiliklə aydınlıq verən Günəş, əslində qıpqırmızı qaz buludarından ibarət dərin bir quyu kimidir. Qaynayan səthindən milyonlarla kilometr kənara fışqıran nəhəng alov girdablarından və dibindən səthə doğru yüksələn nəhəng burulğanlarından ibarətdir. Bunlar canlılar üçün öldürücüdür. Ancaq Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və Yerin maqnetik sahəsi tərəfindən udulur. Yerin həyat üçün əlverişli planet olmasını təmin edən məhz Günəş sistemindəki qüsursuz nizamdır.

Günəş sisteminin quruluşunu tədqiq etdikdə son dərəcə həssas tarazlıqla qarşılaşırıq. Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıq, Günəş sistemindəki planetləri, sistemdən çıxaraq dondurucu soyuqluqdakı “xarici kosmosa” sovrulmaqdan qoruyur. Günəş malik olduğu böyük cazibə gücü səbəbindən bütün planetləri cəzb edir, onlar da fırlanmalarından əmələ gələn mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən qurtulurlar. davamı »

Kainatın Yaradılışı: Böyük Partlayış

Bir partlayış xəbəri eşitdiyimizdə təlaşlanar və vurduğu zərərləri ilə maraqlanarıq. Ölülər, yaralılar, dağılan binalar, qırılan şüşələr və s… Yəni bir partlayış olduğunda zərər və nizamsızlıq meydana gəlir. Nə qədər güclü olursa olsun partlayıcıdan istifadə edərək bir şəhəri abad edə bilməzsiniz və ya bir təyyarəni daha təkmilləşmiş texnoloji səviyyəyə çatdıra bilməzsiniz. Harada olursa-olsun bir partlayışdan sonra eyni yerdə rəngarəng çiçəklərin olduğu, müxtəlif canlıların yaşadığı mənzərə ilə qarşılaşa bilməzsiniz… Ancaq dünyamız da, içərisində olduğumuz kainat da təxminən 15 milyard il əvvəl Böyük Partlayış (Big Bang) nəticəsində ortaya çıxmış və genişləyərək indiki formasını almışdır! Yəni partlayış ilə nizam qurulmuşdur. Əgər biri sizə bütün kainatın bir nöqtənin içinə sıxışdırıldığını və bu nöqtənin partlayışdan sonra bütün ulduzları, planetləri və dünyamızı meydana gətirdiyini söyləyirsə burada fövqəladə vəziyyət var. Bizim bildiyimiz bütün partlayışlar dağıdıcı və məhvedici olduğu halda, bütün kainatı bir partlayışın meydana gətirməsi çox xüsusi vəziyyətin olduğunu göstərir.

davamı »

Südyolu Qalaktikası və Həssas Tarazlıqlar

Südyolu Qalaktikası (Milky Way, Samanyolu), kainatdakı təxminən 350 milyard qalaktikadan yalnız biridir. 350 milyard qalaktika… Bir nəfəsdə deyilən bu rəqəm haqqında düşünməyə çalışın… Əgər hər saniyə bir qalaktika sayacaq olsanız hamısını saymanız təxminən 10.000 il davam edəcək. Bundan başqa, 10.000 illik dövrün içində bir saniyədə sayacağınız qalaktikamızın içindəki ulduz sayı təxminən 250 milyarddır. Günəş isə bu ulduzlardan sadəcə biridir.

Günəşin bütün xüsusiyyətləri dünyadakı həyat üçün nizamlanmışdır: orta böyüklükdə ulduz olması; dünyadan lazım olan uzaqlıqda yerləşməsi; yaydığı şüaların xüsusiyyətləri; ehtiva etdiyi element nisbətinin bizim üçün uyğun olması kimi. İstilik və işıq qaynağımız olan Günəşin bütün xüsusiyyətləri bizlər üçün nizamlanmışdır. davamı »

Kainatın Böyüklüyü Nə Qədərdir?

Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.

Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətməylə açıqlayaq. Əgər diametri 12.200 km. olan Yer kürəsini üzüm dənəsi böyüklüyünə gətirsək, Günəş də futbol topunun iki misli böyüklüyündə olan kürə halına gələr. Amma daha maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün üzüm dənəsi böyüklüyündəki Dünya ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş Sisteminin lap xaricində olan planetləri isə kilometrlərlə uzağa aparmaq lazım olacaq.

davamı »