Blog Archives

Atların ayaq üstə yatdıqlarını bilirdinizmi?

atNecə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Rəbbimizin verdiyi bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yatır, həm də çox ağır yükləri daşıyırlar. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikdə belə başları yana düşür.

Atların ayaqları təkcə ağır yük daşımaq üçün deyil, eyni zamanda, daha sürətlə qaçmaq üçün xüsusi yaradılmışdır. Digər heyvanlardakı kimi atlarda körpücük sümüyü yoxdur. Bu onların daha böyük addım atmasına səbəb olur. Bundan əlavə, atların ayaqlarında sürətləndikcə sərf etdikləri gücü azaldan, bunun əvəzində hərəkət qabiliyyətlərini artıran sümük-əzələ mexanizmi var. Bu mexanizmin işləməsini avtomobillərdəki ötürücü mühərrikə bənzədə bilərik. Sürətini artıran avtomobilin sürət qutusunda növbəti sürət çarxına keçməsi kimi, atlar da sürətlərini artırdıqca bir növ növbəti sürət çarxına keçirlər. Bu yolla itələməyə sərf edilən güc azaldılır, hərəkət qabiliyyəti artır. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz

Bunları bilirdinizmi?

yer kuresiYer kürəsinin məhz lazımi ölçüdə olduğunu…

Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318 dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilməyib.

Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük. Amerikalı geoloqlar Press və Siver Yerin bu uyğunluğu haqqında belə məlumat verirlər:

Yer kürəsi məhz lazımi böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü xüsusiyyət qazandırardı… (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4) davamı »

Hisslərimizi istiqamətləndirən nahiyə: “AMİQDALA”

amiqdalaAllah insanların ruhundakı quruluşu fərqli yaratmışdır. Hər insanın həyəcanlandığı hadisələr bir-birindən fərqlənir. Elmin tək sahibi olan Allah hər insanın ruhunda yaratdığı fərqli duyğulara beynimizdəki amiqdala adlanan nayihəni səbəb etmişdir.

Beynimizdəki amiqdala nayihəsi qorxu, güvən və ictimai münasibət qurma kimi davranışlara nəzarət edir. Amiqdala insanlarda limbik halqanın altında, gicgah tərəfdə olan və bir-birləri ilə əlaqəli strukturlardan ibarət badamşəkilli bir kütlədir. Beyinin hər yarımkürəsində bir amiqdala yerləşir. Bu nayihə ətrafımızdakı siqnalları tutaraq bir an içində nəyə və necə reaksiya verib-verməyəcəyimizi təyin etməkdə bizə kömək edir. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: ,  Şərh yaz

Elektroşokla ov ovlayan ilan balıqları

ilan baligiBoyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir.

Elektrik ilan balığının bədənindəki yan əzələlərdə yerləşmiş orqanları tərəfindən hasil edilir. Elektrikli ilan balığının üç cüt elektrik orqanı var. Bu orqanlar balığın çəkisinin böyük hissəsini və boyunun 4/5-nü təşkil edir. Elektrik orqanı çoxlu sayda yastı hüceyrənin ardıcıl, paralel bağlanmasından əmələ gəlir. Elektrikli ilan balığının quyruğunda 70 sütun şəklində düzülmüş, 10.000 kiçik elektrik orqanı yerləşir. Bu hüceyrələrin hamısının eyni anda hərəkətə salaraq güclü elektrik axını əmələ gətirməsi üçün hüceyrələri hərəkətə keçirən sinir impulsları eyni zamanda ötürülməlidir. Minlərlə hüceyrənin müəyyən canlını hədəfə alaraq eyni anda elektriki boşaltması isə çox xüsusi, təəccüblü haldır. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz

Bitkilərdəki sərinləmə mexanizmi

bitkilerBitkilərin sərinləmə mexanizmi olmasaydı, onlar bir neçə saata günəşin altında məhv olardılar. Su mühəndisliyi kimi xarakterizə edilən bitkilər Allah’ın yaratmasındakı qüsursuzluğu göstərir.

Eyni yerdə olan bitki və daş günəş enerjisini bərabər miqdarda almalarına baxmayaraq, eyni dərəcədə isinməzlər. Günəşin altında qalan hər canlıda mütləq mənfi təsir meydana gəlir. Elə isə bitkilərin istidən minimum dərəcədə təsirlənmələrini təmin edən nədir? Bitkilər bunu necə bacarırlar? Yüksək temperaturda bütün yay boyu bitkilərin yarpaqlarının günəşin altında qovrulmasına baxmayaraq, niyə onlara heç nə olmur? Ayrıca, bitkilər öz tərkiblərindəki isinmədən başqa, kənardan da istilik alaraq dünyadakı temperatur tarazlığını təmin edirlər. Bu istilik tutma əməliyyatını apararkən özləri də bu istiyə məruz qalırlar. Bəs getdikcə artan istidən təsirlənmək əvəzinə, bitkilər çölün istiliyini almağa necə davam edirlər? davamı »

Balıqların üzməsini asanlaşdıran yaradılış xüsusiyyətləri

  • baliqSərfəli üzmə texnikası:

Balıqlar sabit vəziyyətdə üzərkən birdən yüksək sürət əldə etmək üçün yüksək enerjiyə ehtiyacları olur. Ani surətdə sürətlənmək onlar üçün çox vacibdir, çünki yırtıcı heyvanlardan qaçmalıdırlar. Bəzi kiçik balıqlar sabit vəziyyətdə ikən saniyənin XXX -i qədər qısa müddətdə sürətlərini maksimum səviyyəyə çatdırırlar. Bu zaman hasil etdikləri itələmə qüvvəsi öz çəkilərindən 4 dəfə çox olur. Son model avtomobillərin belə 0 km-dən 100 km-dək sürəti 4-6 saniyə ərzində əldə etdiklərini nəzərə alsaq, balıqların nə qədər sərfəli üzdükləri daha yaxşı məlum olar.

  • Hərəkət etməyi asanlaşdıran onurğa:

Balıqlar suyun içində çox vaxt axına qarşı hərəkət etməli olurlar. Suyun müqavimət qüvvəsinə güclü cərəyanların əmələ gətirdiyi qüvvə də əlavə edildiyi halda, balıqlar bu çətinliyin də öhdəsindən gələrək üzməyə davam edirlər. Balığa bu cür gücü onurğa və əzələlərinin xüsusi formaları qazandırır. Onurğa balığın bədəninin dik dayanması, habelə, üzgəclərin və əzələlərin ona birləşməsi üçün uyğun quruluşdadır. Əgər belə olmasaydı, balıqlar suda hərəkət edə bilməzdilər. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz

HƏŞƏRATLARDAKI ÜSTÜN UÇMA SİSTEMLƏRİ

  • hesaratBir həşərat saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır?
  • Öz boyundan yüz dəfə hündür yerə necə tullana bilir?
  • Aşağı-yuxarı hərəkət edən qanadlarla irəliyə doğru necə uça bilir? 

Canlılardakı bir çox möcüzəvi xüsusiyyət dövrümüzdə Allahın bəşəriyyətə bəxş etdiyi bilik və texnologiya ilə tədqiq olunmasına baxmayaraq, hələ də tam aşkar edilməmişdir. Elm adamlarının milçəklərin və kiçik həşəratların uçma sistemləri üzərində apardığı araşdırmaların bir qismi aşağıda verilmişdir. Bu araşdırmalardan belə nəticə çıxır ki, Allahdan başqa heç bir varlıq və ya güc bir milçək belə yarada bilməz.

İynəcə, çəyirtkə, kəpənək və milçək kimi bir çox həşəratın uçmasına dəstək olan əzələlər hər hərəkəti nəzarətdə saxlayan sinirlərin göndərdiyi siqnallar nəticəsində büzülür. Belə ki, bir çəyirtkədə hər sinirin göndərdiyi siqnal uçmanı həyata keçirən əzələnin büzülməsinə səbəb olur. “Qaldırıcı” və “endirici” adlanan iki cüt əks əzələ qrupu bir-birlərinə əks istiqamətdə hərəkət edərək qanadların yuxarı və aşağı hərəkət etməsini təmin edir. Çəyirtkələr qanadlarını saniyədə 12-15 dəfə çırpırlar, kiçik həşəratlar isə uçmaq üçün daha tez-tez qanad çırpmalıdırlar. Məsələn, bal arıları, eşşək arıları və milçəklər saniyədə 200-400 dəfə, ağcaqanadlar və boyu 1 mm olan parazitlər 1000 dəfə qanad çırpırlar. İnsan gözünün sezə bilmədiyi qədər sürətlə hərəkət edən qanadlar bu cür fəaliyyət göstərmək üçün xüsusi quruluşda yaradılıblar. davamı »

QULAQDAKI QIZIL RİYAZİ NİSBƏT EŞİTMƏNİ NECƏ ASANLAŞDIRIR?

qulaqQulağın quruluşundakı qızıl nisbət eşitmə prosesini necə mükəmməl edir? Səsin mənbəyini hər an necə təyin edirik?

İlbiz adlanan orqanın eşitmə prosesindəki rolu nədir?

Sənətkarlar, elm adamları və dizaynerlər tədqiqat apararkən və ya məhsul hazırlayarkən qızıl nisbətlə yaradılmış insan bədənini ölçü götürürlər. Leonardo da Vinçi və Korbüzye  də əsərlərində qızıl nisbətlə yaradılmış insan bədənini ölçü götürüblər. Ancaq insan bədəninin quruluşunu dövrümüzə qədər bir çox elm sahəsi çərçivəsində tədqiq edənlər apardıqları riyazi təhlillər nəticəsində qulağın quruluşu ilə bağlı bu mühüm suallara cavab tapıblar.

Son illərdə aparılan bioloji tədqiqatlar göstərmişdir ki, insan orqanizmindəki qızıl nisbət təkcə insanın fiziki görünüşündə deyil. İnsan beyninin, sinir sisteminin, duyğu orqanlarının, ağciyər sisteminin və DNT-sinin lazımi funksiyalarını yerinə yetirməsi üçün də qızıl nisbət zəruridir. Buna görə, dövrümüzdə insan orqanzimindəki bir çox orqanın və sistemin bir-birilə uyğunluq içində işləməsinin qızıl nisbətlə yaxından əlaqəsi olduğunu düşünürlər. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər:  Bir Şərh

İNSAN ÜZÜNDƏKİ BARKOD SİSTEMİ MÖCÜZƏSİ

barkod sistemiSupermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur.

 İnsanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da, tanış birinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir?

Beyindəki üz tanıma prosesi necə baş verir?

Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən:

  • Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.
  • Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara kodlanır.

Tədqiqatı aparan dr. Dakin: “Bu cür üfüqi məlumat xətləri supermarket barkodlarını xatırladır”, – deyərək bu kod sisteminə diqqət çəkmişdir. davamı »

Bölmə: Təbiət və Texnologiya  Açar sözlər:  Şərh yaz

Texnologiya təbiəti təqlid edir

qutu balığıÇoxlu hissələrdən ibarət təyyarə maketi aldığınızı düşünün. Yüzlərlə kiçik hissədən təşkil olunmuş bu maketi hansı sıra ilə düzəldərdiniz? Şübhəsiz ki, bunun üçün əvvəlcə qutunun üzərindəki rəsmlərə baxar və içindəki təlimat kitabçasından faydalanardınız. Çünki maketi düzəldərkən təlimatı oxumaq görüləcək işə sərf olunan vaxtı qısaldır, o maketin səhvsiz, mükəmməl düzəldilməsinə kömək edir.

Təyyarənin düzəldilməsi haqqında təlimatlar olmasa, əgər əlinizdə buna bənzər model varsa, maketi ona baxıb düzəldə bilərsiniz. Çünki daha əvvəl gördüyünüz təyyarə modelinin dizaynı onun bənzərinin düzəldilməsində sizə əsas yolgöstəricidir. Eyni məntiqlə, təbiətdə mövcud olan qüsursuz dizayndan nümunə götürmək də bənzər funksiyalara malik texnoloji cihazın dizaynı və düzəldilməsinin ən qısa yolla, mükəmməl şəkildə həyata keçirilməsini təmin edir. Bunu dərk edən bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi də hər yeni fəaliyyətdən əvvəl bunun canlılardakı nümunələri araşdırır, onlardakı sistem və dizaynlardan nümunə götürərək təqlid edirlər. Başqa sözlə, elm adamları Allahın təbiətdə yaratdığı canlıları təhlil edir və bunlardan faydalanaraq yeni texnoloji məhsullar istehsal edirlər. davamı »