Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. davamı »
Tag-Archive for » planetimiz «
May 2017
Mar 2017
“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.
(Tanınmış mütəfəkkir Artur Kestler (Arthur Koestler))(1).
İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yarandı?
Bu kainatdakı tarazlıq, ahəng və nizam necə meydana gəldi?
Üzərində yaşadığımız dünya, yaşamağımız üçün, necə belə uyğun sığınacaq ola bildi? davamı »
Mar 2017
Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. davamı »
Jan 2017
Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur. davamı »
Jan 2017
Günəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər. davamı »
Jan 2017
XX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.
Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. davamı »
Jan 2017
“Əgər təbiətin dərinliklərində baş verən işlərin mürəkkəbliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətin başa düşülürsə, bu işlərin yalnız bir qəza və ya bir kortəbii təsadüf əsəri olduğunu necə düşünə bilərik?”
(Fizika professoru Pol Devis (Paul Davies)) (1)
Böyük partlayış elm adamlarının hesablamalarına görə dövrümüzdən təxminən 13.7 milyard il əvvəl baş verdi. davamı »
Dec 2016
“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.
(Tanınmış mütəfəkkir Artur Kestler (Arthur Koestler))(1).
İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yarandı?
Bu kainatdakı tarazlıq, ahəng və nizam necə meydana gəldi?
Üzərində yaşadığımız dünya, yaşamağımız üçün, necə belə uyğun sığınacaq ola bildi? davamı »
Nov 2013
Yer kürəsinin məhz lazımi ölçüdə olduğunu…
Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318 dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilməyib.
Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük. Amerikalı geoloqlar Press və Siver Yerin bu uyğunluğu haqqında belə məlumat verirlər:
Yer kürəsi məhz lazımi böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü xüsusiyyət qazandırardı… (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4) davamı »