Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. davamı »
Tag-Archive for » yer «
Mar 2017
Jan 2010
Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir. Ancaq bu iki amil də bir-birindən son dərəcə fərqli faktorların hər birinin ideal ölçüdə müəyyən edilməsilə əmələ gəlmişdir.
Bunlardan biri Yerin Günəşdən məsafəsidir. Əlbəttə, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan verən temperatur ölçüsünə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, 120°C ilə -20°C arasında dəyişən temperaturda əmələ gəlirlər. Günəş sistemində bu temperatura malik olan yeganə planet isə Yerdir. davamı »
Jan 2010
Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və “adaptasiya” anlayışına inanan insanlara aiddir.
Adaptasiya “uyğunlaşma” deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir. davamı »
Jan 2010
Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür. Bunun sayəsində dənizin tamamilə donması və canlıların məhv olması təhlükəsi aradan qalxır. Çünki donan və yuxarı qalxan təbəqə dənizin altda qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir.
Əgər buz sudan ağır olsaydı (əslində belə olması daha təbii olardı), bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və sudakı həyat məhv olardı. davamı »